Kocaeli polis qrupları hadisə zamanı “Uşaqlarımı cənnətə göndərdim, bura gəldim” deyən Murat R.-nin verdiyi ünvanda evə girən 13 yaşlı Yağmur və 10 yaşlı Əmrəni yataqda ölü tapıb. Ruhi vəziyyətinin qeyri-sabit olduğu iddia edilən Murat R. dindirilən zaman onun iki uşağını tətil üçün şəhər xaricində olan anasının evinə gətirərək orada boğaraq öldürdüyü məlum olub.
Medianews.az xəbər verir ki, polis qrupları Murat R.- nin şəxsiyyətini yoxlamaq üçün saat 02:00 radələrində Körfəz səmtindəki Tütünçiftlik çimərliyində saxlayıb. Bu zaman Murat R. tez-tez “Uşaqlarımı cənnətə göndərdim, bura gəldim” deməyə başlayıb.
EVƏ GEDƏN POLİS 2 UŞAĞI ÖLÜ OLARAQ TAPIB
Vəziyyətdən şübhələnən polislər Murat R-dən aldıqları ünvanla Esentepe Məhəlləsində yaşadığı evə gedib. Evə daxil olan polislər Murat R.-nin uşaqları Yağmur və Əmrəni yataqda hərəkətsiz vəziyyətdə tapıblar. Evə çağırılan təcili tibbi yardım briqadası qardaşların öldüyünü müəyyən edib.
Əqli cəhətdən qeyri-sabit olduğu iddia edilən Murat R. polis tərəfindən saxlanılıb. Bədənlərində heç bir çapıq və döyülmə izi olmayan uşaqların meyitləri ekspertiza üçün morqa aparılıb.
Məlum olub ki, Murat R. 2 övladını tətilə gedən anasının evinə gətirib və onu burada boğub. Hadisənin baş verdiyi binada yaşayan Serdar Gün, “Bu mənzili həmin şəxsin anasına satdıq. Düşünürük ki, şəxslə həyat yoldaşı arasında problem var. Dünən axşam saat 22.30 radələrində bura gəlib, içəri girdi və öz açarı ilə 2 uşağı boğaraq öldürüb”.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.