Şəki Qala restoranındakı qiymətlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, restoranın müştərilərindən biri qiymətlərin baha olduğunu əks etdirən hesab çekini paylaşaraq öz iradını bildirib.
Belə ki, ümumi hesab 248 manat tutub. Yeməklərin həddindən artıq baha olmasına baxmayaraq, bu məbləğdən əlavə müştəridən 24.80 manat servis haqqı da tutulub.
Yeməklərin qiymətinə gəlincə, qovurma 25 manat, dana basdırması 17 manat, 2 litr nar şirəsi isə 56 manat təşkil edib.
Paylaşıma rəy yazan sosial şəbəkə istifadəçiləri qiymətlərin həddən artıq baha olduğunu bildirib və restoran sahibini qınayıblar.
