Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi olacaq.
Medianews.az türk mətbuatına istinadla xəbər verir ki, baş nazir Paşinyan sosial şəbəkədə paylaşım edib.
Sülh sazişinin hazırlanacağını ifadə edən Paşinyan: “Ermənistanla Azərbaycan arasında sülh sazişi olacaq və bu razılaşma ən yüksək səviyyədə qəbul edilən birgə rəsmi bəyanatlara əsaslanacaq. Yeni gərginliklər olmayacaq! Beynəlxalq ictimaiyyət bu məsələyə güclü dəstək verməlidir”,- deyərək Paşinyan fikirini tamamlayıb.
Medianews.az