Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Almaniya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini öz ərazisində həyata keçirərsə, bu, Rusiyaya qarşı müharibə elanı ilə eyni olacaq.
Medianews.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibə verib. Medvedev Almaniyanın ədliyyə naziri Marko Buşmanın Rusiya prezidenti Vladimir Putinin BCM-nin qəbul etdiyi qərar çərçivəsində Almaniyaya gələcəyi təqdirdə həbs ediləcəyi ilə bağlı açıqlamasını dəyərləndirib:
“Bu, Rusiya Federasiyasına qarşı müharibə elanı olardı. Bu halda bizim bütün raketlərimiz Bundestaq (Almaniya Federal Məclisi) və Kanslerin (Almaniya Baş Naziri Olaf Şolz) ofisinə uçacaq”.
Böyük Britaniyanın Ukraynaya tükənmiş uran tərkibli sursat göndərmək planına toxunan Medvedev, “Ukraynaya hər gün xarici silahların çatdırılması nüvə apokalipsisini daha da yaxınlaşdırır”.
Medianews.az