Amerika monetar orqanları əsas məzənnəni artırmalı olacaqlar.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu tanınmış rusiyalı iqtisadçı Valentin Katasonov deyib
Bu halda inflyasiya artmaqda davam edəcək, lakin iqtisadi artım gətirməyəcək. Digər tərəfdən, ekspertin fikrincə, əsas faiz dərəcəsinin artırılması o deməkdir ki, ABŞ-ı genişmiqyaslı ödəniş böhranı gözləyir.
Pulun bahalaşması ilə çoxlu sayda müxtəlif təsərrüfat subyektləri həm özəl, həm də biznes sahəsində çoxsaylı kreditlər üzrə öz maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcəklər.