Bir neçə gün öncə Xalq artisti Aygün Kazımova şou əhlini başına toplayaraq, özünə təmtəraqlı doğum günü məclisi keçirib. “Pop-Diva”nın dəbdəbəli gecəsinə aktrisa Pərvin Abıyeva da iştirka edib və qara rəngli, dərin yarıqlı libasıyla gündəm olub. “Party”dən bir neçə gün sonra isə o, Niderlandın Rotterdam şəhərindən fotolar paylaşıb.
Medianews.az Big.az-a istinadən xəbər verir ki, “İnstagram” səhifəsində dərc etdiyi fotolarda aktrisa ayağını qaldıraraq poza verib.
İzləyicilər tərəfindən bəyənilən şəkillərə tərif dolu şərhlər yağdırılıb.
Bəziləri zarafatca onu Van Damma bənzədiblər, bəziləri isə əynindəki üst geyimi ermənilərin bayrağına oxşadıblar.
Həmin fotoları təqdim edirik: