Rusiyanın Xalq artisti, 55 yaşlı Filipp Kirkorov yenidən plastik əməliyyat etdirib.
Axşam.az xəbər verir ki, sənətçi ad günü üçün cavanlaşmaq qərarına gəlib. Filip əməliyyatdan sonra paylaşım edərək, fikirlərini bölüşüb. O, plastik cərrahından danışaraq “Öz plastik cərrahınızın, psixoloqunuzun, məşqçinizin olmaması sadəcə qeyri-etikdir. Mən plastik cərrahımın ən gözəl əsəriyəm” sözlərini deyib.
Aprelin 30-da ad gününü Kreml Sarayında keçirməyi planlaşdıran Kirkorov idmançılara xas olan bədən quruluşu arzusunu gerçəkləşdirib. O, qarın hissəsinə “paxlavalar” da etdirib.