Əfqanıstanda çərşənbə axşamı günü axşam saatlarında qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər ölüb.
Medianews.az xəbər verir ki, bu barədə çərşənbə günü “News” qəzeti Hayber-Paxtunxva vilayətinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin yenilənmiş məlumatlarına istinadən məlumat yayıb.
İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, daha 44 nəfər yaralanıb.
Çərşənbə axşamı səhər “Dawn” qəzeti Hayber-Paxtunxvada dam və divarların uçması nəticəsində iki nəfərin öldüyünü, altı nəfərin yaralandığını bildirib. Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verib ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın adam yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.
Oxu24.com