Martın 21 -də səhər saatlarında Bakı Qazax yolunda hadisə baş verib.
Medianews.az xəbər verir ki, Bakı Qazax yolunun 40 -cı kilometrində, Dövlət Yol Polisi postuna 200 metr qalmış beş avtomobil bir-birinə toqquşub. Yolun yarısı bağlanıb.
Qeyd edək ki, xəsarət alanlar haqqında dəqiq məlumat yoxdur.