Küveytin rəsmi agentliyi KUNA-nın xəbərinə görə, Konstitusiya Məhkəməsi 29 sentyabr 2022-ci ildə keçirilən seçkinin ləğv edilməsinə və seçkilərin qalibi elan edilənlərin üzvlüyünün etibarsız sayılmasına qərar verib.
Medianews.az məhkəmə ləğv qərarının səbəbi kimi “2020-ci ildə parlamentin buraxılması qərarının etibarsız olduğunu” bildirib.
Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə buraxılan 2020-ci il parlamenti “fəaliyyətsiz” sayılacaq.
Küveytdə 2020-ci ilin dekabrında yaradılmış parlament Assambleya ilə hökumət arasında dəfələrlə yaranan fikir ayrılıqları səbəbindən buraxılıb. Küveytin vəliəhd şahzadəsi Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah 22 iyun 2022-ci ildə ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.
Aytac Şahin
Medianews.az