Cümə, 2 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə… – Azərbaycanda dəhşətli hadisə

Nəzrin
20/03/2023 15:30
158
BAXIŞ
FacebookTwitterTelegram
Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib.
Medianews.az Teleqraf.com-a istinadən bildirir ki, əri tərəfindən işgəncə görən Sevinc özünü yandıraraq intihar edib.
Hadisə 2020-ci il noyabrın 15-də baş verib. Yanıq xəsarətləri ilə Sevinc əvvəl Saatlı rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan isə Bakıya göndərilib.
Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc dekabrın 24-də orada vəfat edib. Xəstəxanada polis əməkdaşlarına izahat verən qadın deyib ki, əri onu özünü öldürməyə vadar edib. İzahatında qeyd edib ki, əri ona elədiyi zülmlərə görə dəfələrlə qaynıgildə, qonşuda, təndirxanada yatmaq məcburiyyətində qalıb.
İstintaq uzun sürən araşdırmadan sonra Sevincin intihara cəhd etməsində əri Muğamatı təqsirli bilib.
Onun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muğamat özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 15-də səhər saat 10 radələrində həyətdə olarkən Sevinc evə gəlib: “Sevincə yaxınlaşarkən telefonla danışdığını gördüm. Sevincin bacım Mehparə ilə danışdığını hiss etdim. Lakin onların nə danışdıqlarına fikir vermədim. Sadəcə Sevinc telefonla danışarkən ona yaxınlaşdlm və nəyə görə hirsli olduğunu soruşdum. Sevinc də əli ilə məni kənara itələdi. Həyətdə nar ağaclarının dibinə peyinləri yaymağa getdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 dəqiqə sonra Sevinc tərəfə baxdıqda onun yandığını görüb: “Dərhal Sevincin yanına qaçdım. Həyəcanlı halda alovu söndürməyə çalışdım. Evin eyvanından asılmış xalçanı götürdüm və Sevinci xalça ilə bürüdüm. Lakin alov sönmədi, xalça da yanmağa başladı. Sevincin isə səsi gəlmədi.
Xalça ilə özüm qarışıq alovun üzərinə yıxıldım. Qıçlarımın arasından alov çıxmağa başladı. Əlimlə odu söndürməyə çalışanda əllərim yandı. Üstümdəki alovu əllərimlə söndürə bildim.
Sevincin üzərinə su tökərək onun da alovunu söndürdüm. Su tökdükdən sonra Sevinc öskürərək özünə gəldi. Ondan nə etdiyi və niyə özünü yandırdığını soruşdum. Sevinc onu götürməyimi istədi. Özümün də yandığımı və onu götürə bilməyəcəyimi söylədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sevinc ona qardaşı Qədirin nömrəsini deyib və zəng etməsini istəyib: “Qədirin nömrəsini yığdım, təcili bizə gəlməyini bildirdim. Əlim yanmış olsa da, Sevinci yerdən qaldırdım, yataq otağına apardım. Ona kömək etdim.
Sevinc əynini dəyişdi, yanmış paltarları çıxartdı. Evdə həmişə geyindiyi paltarlar geyindi. Təqribən 5 dəqiqə sonra Qədir gəldi. Mənə heç bir söz demədən Sevinci apardı. Sonra bacımın yoldaşı Sakitə zəng edərək çağırdım. Öz maşını ilə məni evlərinə apardı. Bacım Mehparənin tibbdən başı çıxdığı üçün Sabirabad rayonundan ağrıkəsici dərmanlar, iynə, maz aldırdım. Mənim əllərimə və qıçlarıma sarğı qoydurdum. Həmin gün Sevincin əvvəlcə Saatlı rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərində yerləşən 5 saylı Yanıq Mərkəzinə aparıldığını eşitdim”.
Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün Sevincin qardaşı Samit ona zəng edib və xəstəxana xərcləri üçün 2000 manat lazım olduğunu deyib: “Həmin pulu onun özünə göndərməyimi xahiş etdi. 1900 manat pulu Sevincin qardaşı Niyaməddinə Samitə verməsi üçün təqdim etdim.
Təqribən 5 gün sonra Samit mənə yenidən zəng etdi və Sevincin xəstəxana xərcləri üçün pul lazım olduğunu dedi. Məndən yenə 2000 manat istədi. Pulum olmadığını söylədim. Amma həyətimdəki iki baş yanıbalalı inəyi satacağımı, pulunu Sevincin müalicəsinə verəcəyimi bildirdim. Samit də mənimlə razılaşdı”.
Muğamatın ifadəsinə görə, növbəti gün 2000 manatı hazır edib və Samitə zəng vurub: “Samit həmin pulu götürərək apardı. Təqribən 1 saat sonra baldızım Rəqsanəyə zəng etdim və Sevincə baş çəkmək üçün xəstəxanaya gələcəyimi dedim. Rəqsanə qardaşları Bahadurun məni görmək istəmədiyini söylədi, bu səbəbdən oraya getməməyimi tövsiyə etdi. Lakin mən getmək qərarına gəldim.
Həmin ərəfədə bir qədər sağaldığından Sevincə yemək bişirtdirdim, qardaşı Niyaməddinlə 5 nömrəli yanıq xəstəxanasına getdim. Xəstəxananın həyətində Sevincin qardaşı Hikmətin oğlu Mərhəməti gördüm. Ondan Sevincin vəziyyətini soruşdum. Mərhəmət Sevincin vəziyyətinin yaxşı olduğunu bildirdi. Mərhəmətə yemək gətirdiyimi dedim. O, ilk əvvəl heç bir söz demədi, sonra Bahadurun buna icazə vermədiyini söylədi. Xəstəxanaya daxil olmaq istəsəm də, məni oraya buraxmadıqlarından evə qayıtdım”.
Muğamatın sözlərinə görə, 2020-ci ilin dekabrın 17-də Samit ona zəng edib və Sevincə dərman almaq üçün yenidən 2000 manat istəyib: “Həmin vaxt üstümdə pul olmadığından borc tapmaqlarını, nə qədər pul qoysalar, hamısının ödəyəcəyimi dedim. Samit mənə heç nə demədi. Dekabrın 24-də Sevinc aldığı yanıq xəsarətlərindən öldü”.
Zərərçəkmişin hüquqi varisi qismində tanınan Axırbəyim Əhmədova deyib ki, qızı Sevinc uzun illər əri tərəfindən şiddətə məruz qalıb. Muğamat Sevinci ən müxtəlif bəhanələrlə döyüb, təhqir edib, çox vaxt onun üzərində xəsarət izləri olub: “Bu üzdən bir neçə il əvvəl Sabirabad rayon polis şöbəsinə Muğamatdan şikayət də olunmuşdu. O, bu cür hərəkətlərinə son qoyacağına söz verəndən sonra ərizə geri götürüldü, qızımla aralarında barışıq oldu.
Sevinc 1993-cü ildə ailə qurub. Onların birgə nikahdan bir oğlu və bir qızı olmaqla, iki övladları var. Qızları hələ 2015-ci ildə ailə həyatı qurub, onun özünün də övladı var. Oğul isə ali təhsilini başa vurandan sonra işləmək üçün xarici ölkəyə gedib. Bu səbəbdən son illərdə Sevinc və həyat yoldaşı tək yaşayırdılar. Bu müddətdə də o, dəfələrlə üzərində xəsarət izlərilə qardaşlarının, qonşuların evlərinə qaçmalı olub”.
Axırbəyim Əhmədova bildirib ki, qızı Muğamatın zülmləri üzündən bir neçə il əvvəl zəhər içməli olub: “Sevincgilə gedəndə qızımın yataqda olduğunu, uşaqların isə ağladığını gördüm. Tez-tez qaytarırdı, ağzından sarı selik gəlirdi. Dedi ki, guya qonşu öz həyətinə siçanlara görə dərman səpib, bunun da toyuqları onu yeyib. Toyuğu kəsib yeyəndə özü də zəhərlənib. Məhlulla Sevincin mədəsini yuduq, müəyyən addımlardan sonra onun özünə gəldi. Qızımın zəhər içdiyini sonradan bildim”.
Bu cinayət işinə Sabirabad rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muğamat Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində verilən Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ittihamdan xaric edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. O, Sabirabad rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Muğamatın barəsində Cinayət Məcəlləsinin 125 və 133.1-ci maddələri ilə ən ağır həddə cəza verilməsini istəyib.
Hüquqi varisin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.
Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, hökm Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilib və ona təyin olunmuş cəza artırılıb.
Təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən xitam verilib.
Cəzanın müdəti əvvəlki kimi qalıb.

DAHA ÇOX OXU

Cəmiyyət

Ramiz Rzayevin rəis qardaşının yerinə TƏYİNAT

02/06/2023 11:33
1-MANŞET

Kirayə evlər UCUZLAŞIR: Hansı ərazilərdə? – VİDEO

02/06/2023 10:31
Cəmiyyət

Günün ikinci yarısı yağış yağacaq – FAKTİKİ HAVA

02/06/2023 10:19
1-MANŞET

Xaricdən gətirilən avtomobillərlə bağlı yenilik: Əlavə pul ödəyəcəksiniz

02/06/2023 09:22
1-MANŞET

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

02/06/2023 09:03
Cəmiyyət

Salyanda qandonduran hadisə: QƏBİRLƏRİ QAZIB…

02/06/2023 08:51
SON XƏBƏR

Mərmərə dənizində DƏHŞƏTLİ HADİSƏ

2023-cü il seçkilərində prezidentliyə namizədlər - SİYAHI

Ayvalıkda günəş qəbul edən suitilər göründü - VİDEO

Xəbər lenti

Suni intellektin QORXUNC TƏRƏFİ – İNSAN ÖLDÜRÜR

02/06/2023 11:48

Ramiz Rzayevin rəis qardaşının yerinə TƏYİNAT

02/06/2023 11:33

Tanınmış aktrisa izləyicilərinə SƏSLƏNDİ : “EHTİYATLI OLUN”

02/06/2023 11:17

“Komedixana”dakı Xəyalənin həyat yoldaşı GÖRÜN KİMDİR – FOTO

02/06/2023 11:07

Qarabağdan ABŞ-a “kəllə atan” separatçılar

02/06/2023 10:57

Rusiya prezidentinə AĞIR İTKİ

02/06/2023 10:47

Kirayə evlər UCUZLAŞIR: Hansı ərazilərdə? – VİDEO

02/06/2023 10:31

Günün ikinci yarısı yağış yağacaq – FAKTİKİ HAVA

02/06/2023 10:19

Etnoqrafik ulduzlar

02/06/2023 10:05

Qadın sürücünün idarə etdiyi avtomobil sürüyə çırpıldı, özü isə… – DƏHŞƏTLİ QƏZA(VİDEO)

02/06/2023 09:57

Nüşabə Musayevanın qızı evlənir – FOTO

02/06/2023 09:40

Xaricdən gətirilən avtomobillərlə bağlı yenilik: Əlavə pul ödəyəcəksiniz

02/06/2023 09:22

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

02/06/2023 09:03

Salyanda qandonduran hadisə: QƏBİRLƏRİ QAZIB…

02/06/2023 08:51

Tanınmış futbolçuya 400 milyon avroluq TƏKLİF – FOTO

02/06/2023 08:03

Hansı evlərin kirayə qiyməti ucuzlaşacaq? – VİDEO

02/06/2023 06:48

Bayden yenə yıxıldı – VİDEO

02/06/2023 06:00

Türkiyədə yeni hökumətin tərkibinin açıqlanacağı tarix bəlli oldu

02/06/2023 05:41

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqların yeni raundu iyunun 12-də başlayacaq

02/06/2023 04:33

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilib – FOTO, VİDEO

02/06/2023 04:02

Vilayət Eyvazov məşhur idmançını vəzifəyə təyin etdi

01/06/2023 21:01

Razini döyən sevgilisi HƏBS EDİLDİ

01/06/2023 20:25

Bakının bu rayonlarında su olmayacaq

01/06/2023 20:22

Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

01/06/2023 20:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.