Rusiya prezidenti Vladimir Putinin Rusiya ordusunun nəzarətində olan Mariupol şəhərinə səfəri Ukraynanı hərəkətə gətirib. Səfərdən sonra sərt açıqlama verən Ukrayna Putini oğruya bənzədib.
Medianews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün Donetsk vilayətinin Mariupol şəhərinə gedib və orada araşdırmalar aparıb.
“Vladimir Putin Mariupola helikopterlə gəlib. O, şəhərin müxtəlif rayonlarını gəzdi, sahil zolağındakı yaxta klubuna, teatr binasına, tarixi yerlərə baxdı. Putin Nevski rayonunda yerli sakinlərlə danışıb. O, ailələrdən birinin dəvəti ilə onların evinə gedib”, – deyə Kremlin bəyanatında deyilir.
Putinin gözlənilməz səfəri isə Ukraynanı hərəkətə gətirdi. Ukraynadan verdiyi
açıqlamada Putin oğruya bənzədilib.
Ukrayna Müdafiə Nazirliyi rəsmi sosial media hesabından Putinin Mariupol səfəri ilə bağlı açıqlama verərək, “Putin oğruya yaraşan tərzdə, gecənin qaranlığında Mariupolu ziyarət etdi” deyib.
Qeyd edək ki, Putin 2014-cü ildə Rusiyanın ilhaq etdiyi Krıma da səfər edib. O, burada uşaqlar üçün incəsənət məktəbinin açılışında iştirak edib.
Aytac Şahin
Medianews.az