İsveçrə bankı UBS tərəfindən Credit Suisse-i alması və 6 Mərkəzi Bankın ABŞ dolları ilə svop xətti tənzimləmələri vasitəsilə likvidliyi artırmaq üçün koordinasiyalı tədbirlər gördüyünü elan etməsi kriptovalyutalara müsbət təsir göstərib.
Medianews.az bildirir ki, bitcoin 28 min 567 dollara yüksəlib. Bitkoin son 7 gündə 27,7% artıb. İkinci ən yüksək həcmli kriptovalyuta Ethereum 1780 dollara yüksəlib. Son 7 gündə artım 11,87 faiz olub.
Cardano 0,3437 sentə, Solana isə 23,06 dollara yüksəldi. Dogecoin 0,07376 sentə yüksəlib.
Bu yüksəlişlərlə kripto pul bazarının ümumi dəyəri 2,08 faiz artaraq 1,18 trilyon dollara çatıb.