Bazar ertəsi, 5 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanda yenidən devalvasiya TƏHLÜKƏSİ…

Aytac
20/03/2023 09:24
192
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu il fevralın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır.

Manatın dövretmə sürətinin aşağı düşməsi devalvasiyaya səbəb ola bilərmi? 

İqtisadçı Elman Sadıqov Musavat.com-a bildirib ki, monetar siyasətdə manatın dövretmə sürətinin öz formulları var. Manatın dövretmə sürəti texniki məsələdir.

Ekspert qeyd edib ki, manatın dövretmə sürəti onun il ərzində bir neçə dəfə əl dəyişdirməsidir:

“Manatın dövretmə sürəti daha çox iqtisadi aktivlikdən asılıdır. Məsələn, maliyyə bazarlarının inkişaf sürəti, mövsüm amili (turizm, kənd təsərrüfatı dövründə bu aktivlik artır, qışda isə azalır). Burada pul kütləsinin həcmi məsələsi, istehsal, idxal-ixrac məsələləri də var. İqtisadiyyatda durğunluq başladıqda manatın dövretmə sürəti aşağı düşür. Bu, ilk növbədə iqtisadi aktivliyin aşağı olmasının, əhalinin xərcləməkdən qorxmasının göstəricisidir. Yəni əhalinin müəyyən gözləntiləri olur. Məsələn, böhran gözləntisinə görə əhali istehlakı azalda bilər. Nəticədə iqtisadi aktivlik aşağı düşə bilər. Manatın dövretmə sürətinin aşağı düşməsi iqtisadiyyat üçün müsbət amil deyil”.

İqtisadçı xatırladıb ki, 2015-ci ildə neftin qiymətinin düşməsi nəticəsində əhali dollar alışını artırdı, gözləmə mövqeyinə keçdi:

“Nəticə etibarilə manatın dövretmə sürəti aşağı düşdü. Lakin bu o demək deyil ki, manatın dövretmə sürəti aşağı düşdü deyə devalvasiya oldu. O zaman devalvasiyanı şərtləndirən amillər var idi. Bunun da əsas göstəricisi tədiyə və ticarət balansındakı mənfi saldo idi.

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb. Amma bu cüzi azalmanın da müəyyən siqnalları var. Postpandemiya dövründə sürətli artım olmalı idi. Ona görə də manatının dövretmə sürətinin azalma səbəbi araşdırılmalıdır. İnflyasiya artdıqca, manatının dövretmə sürəti artır. Əgər manatın dövretmə sürəti artan inflyasiyaya nisbətən aşağıdırsa, o zaman bu, ciddi təhlil tələb edir.

Devalvasiya manatın dövretmə sürətindən asılı deyil. Nə qədər ki, ticarət balansı müsbətdir, devalvasiya qorxusu, gözləntisi yoxdur. Neftin qiymətinin kəskin çöküşü ehtimalı çox aşağıdır. Əgər biz cəmiyyətdə süni ajiotaj yaradarıqsa, devalvasiya olacaq deyib süni şəkildə əhalini dollara yönləndirəriksə bu, manata olan təzyiqi artıra bilər. Amma hazırda istər strateji valyuta ehtiyatları, istər Mərkəzi Bankın ehtiyatları, istərsə də ticarət balansında müsbət saldo, neftin hazırkı qiymətləri bizə devalvasiya olacaq deməyə imkan vermir”.

Elman Sadıqov vurğulayıb ki, ölkə gedişatı ciddi şəkildə izləyir:

“Burada önəmli olan məsələ qeyri-neft sektorundakı canlanmanı daha da sürətləndirməkdir. Biz əvvəl-axır buna getməliyik. Neft qiymətləri heç də həmişə 100 dollar ətrafında qalmayacaq. Bu qiymətlər bizi ciddi şəkildə həyəcanlandıracaq. Amma bu həyəcanlanma qeyri-neft sektorunda müəyyən canlanmanı şərtləndirəcək. Neft qiymətlərinin yüksək saxlanması həm də alternativ enerji mənbələrinin inkişafı deməkdir. Bu, iqtisadiyyatın qanunudur”.

DAHA ÇOX OXU

export

İnfluenserlərin gözü qarşısında atəş açıldı – Şikayətçidilər!

04/06/2023 20:10
export

Ukraynada Rusiya hərbçilərinin zorladığı uşaqların SAYI: Ən kiçiyinin 4 yaşı var

04/06/2023 19:57
export

Aysun qalmaqaldan sonra ilk dəfə efirə çıxdı – Hər şeyi gizlətmək olmur…

04/06/2023 19:46
Cəmiyyət

Azərbaycanda unun qiyməti bu tarixdən bahalaşacaq

04/06/2023 19:25
export

“Bir məşhur cərrah sinə əməliyyatı edib, əlini vurursan daş kimi, bir ay sonra…”

04/06/2023 18:58
export

Oğlu faciəvi şəkildə ölən Mahir Əzimov həbsdən buraxıldı

04/06/2023 17:49
SON XƏBƏR

Ermənistandan NÖVBƏTİ TƏXRİBAT

Hərbi Helikopter yerə ÇIRPILDI, ÖLƏNLƏR VAR

Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: "Əfi ilan saxlamışam"

Xəbər lenti

Erməni diversantlardan inanılmaz etiraflar – VİDEO

05/06/2023 07:01

Zabit Səmədov prezidentin nəvələri ilə bir arada – FOTO

05/06/2023 06:38

Məşhəddə güclü yanğın: Şəhəri tüstü bürüdü

05/06/2023 06:16

Armen Qriqoryan: “Azərbaycan və Ermənistan 2023-cü ilin sonuna kimi sülh sazişi imzalaya bilər”

05/06/2023 06:01

Polşada yüzminlərlə insan etiraza qalxdı – VİDEO

05/06/2023 05:45

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

05/06/2023 00:35

İnfluenserlərin gözü qarşısında atəş açıldı – Şikayətçidilər!

04/06/2023 20:10

Ukraynada Rusiya hərbçilərinin zorladığı uşaqların SAYI: Ən kiçiyinin 4 yaşı var

04/06/2023 19:57

Aysun qalmaqaldan sonra ilk dəfə efirə çıxdı – Hər şeyi gizlətmək olmur…

04/06/2023 19:46

Azərbaycanda unun qiyməti bu tarixdən bahalaşacaq

04/06/2023 19:25

“Bir məşhur cərrah sinə əməliyyatı edib, əlini vurursan daş kimi, bir ay sonra…”

04/06/2023 18:58

Oğlu faciəvi şəkildə ölən Mahir Əzimov həbsdən buraxıldı

04/06/2023 17:49

MADRID, SPAIN - MARCH 09: Karim Benzema of Real Madrid celebrates after scoring their team's second goal during the UEFA Champions League Round Of Sixteen Leg Two match between Real Madrid and Paris Saint-Germain at Estadio Santiago Bernabeu on March 09, 2022 in Madrid, Spain. (Photo by Gonzalo Arroyo Moreno/Getty Images)

“Real”dan ayrılan Benzema bu klubla razılığa gəldi

04/06/2023 17:39

İkinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşa bilər – VİDEO

04/06/2023 16:36

Hava ilə bağlı XƏBƏRDARLIQ: Yağış, şimşək, dolu…

04/06/2023 15:44

“Ümidimi üzmürəm” – Vüsalə Əlizadə

04/06/2023 15:37

Maaşlarla bağlı SEVİNDİRİCİ XƏBƏR – Nazir müavini AÇIQLADI – VİDEO

04/06/2023 15:14

Ordumuzun mövqeləri atəşə tutulub

04/06/2023 15:09

Bakıda 5-ci mərtəbədən özünü atmaq istəyən qadın belə XİLAS EDİLDİ – VİDEO

04/06/2023 15:03

Türkiyənin yeni xarici işlər naziri Azərbaycana gəlir

04/06/2023 14:00

“GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR VƏ ONUN HAQQINI YEYƏNLƏR UTANMALIDIR”

04/06/2023 13:46

Nazir müavinindən maaşlarla bağlı ŞAD XƏBƏR: “1000 manat…” – VİDEO

04/06/2023 13:28

İlanın qarnından görün nə çıxdı  —  ŞOK

04/06/2023 13:15

Qurban əti haqqında bilməli olduğunuz faktlar

04/06/2023 13:00

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.