İndiyə kimi qutusu açılmayan birinci nəsil iPhone hərracda inanılmaz qiymətə satılıb.
Medianews.az xəbər verir ki, hər kəsi heyrətləndirən bu rəqəm cihazın 2007-ci ildə buraxıldığı ilk qiymətindən (599 dollar) dəfələrlə yüksəkdir.
Deyilənlərə əsasən, açılmamış birinci nəsil iPhone-un qutusunda maraqlı bir detal var.
Birinci nəsil iPhone-ları çox baha qiymətə satmaq olar. Məsələn, fevral ayında qutusu açılmayan iPhone 63 min dollardan çox qiymətə satılıb və bununla da birinci nəsil üçün satış rekordu qırılıb. Nəhayət, yenə birinci nəsil iPhone, ilk çıxanda onu alan keçmiş Apple işçisinin adından satışa çıxarılıb.
Məlumatlara görə, açılmamış birinci nəsil iPhone-un qutusunda maraqlı bir detal var. Qutuda iPhone-un real ölçülü şəkli və onun ekranında on iki nişan var. Bu, məhsulun ilkin istehsaldan (2007) olduğunu göstərir, çünki iTunes üçün 13-cü ikona sonrakı illərdə buraya əlavə edilmişdir. Bu, sözügedən iPhone-un dəyərini artıran amildir.
İlk istehsal olunduğu 2007-ci ildən indiyə kimi qutusu açılmayan İPhone hərracda 54 904 dollara satılıb.
Aytac Şahin
Medianews.az