Dünyanın iki hegemon dövləti olan ABŞ və Rusiya arasında gərgin yarış gedir.
Medianews.az bu yaxınlarda Rusiya döyüş təyyarəsi Qara dəniz üzərində ABŞ-a məxsus pilotsuz təyyarəni vurub.
İddiaya görə, Kreml PUA-nın qalıqlarını Qara dənizin 900 metr dərinliyində tapıb. Pentaqon təyyarənin qalıqlarının Rusiyanın əlinə keçəcəyindən qorxur, çünki onun bütün hərbi sirləri açıla bilər. İki ölkə dağıntılara çatmaq üçün zamana qarşı yarışır.
Türkiyənin TV100 kanalında yayımlanan “Ana Xəbər” proqramında verilən məlumata görə, bütün gözlər hazırda Türkiyədədir. Döyüş gəmiləri dağıntılara çatmaq üçün boğazlardan keçməlidir. Bu, Ankaranın icazəsinə bağlıdır. Türkiyə Rusiya ilə Ukrayna arasındakı müharibəyə görə döyüş gəmilərinə qapılarını bağlayıb.
Aytac Şahin
Medianews.az