“Liverpul”un sabiq futbolçusu Lukas Leyva karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, bu barədə onu son klubu “Qremio” məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçinin ürəyində problem aşkarlanıb.
Buna görə də o, karyerasını başa vurub.
Leyva 2007-2017-ci illərdə “Liverpul”da çıxış edib. Braziliyalı futbolçu Premyer Liqada 247 oyun keçirib .Həmçinin Lukas Braziliya yığmasında 24 oyuna (2007-2013) çıxıb.