Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Novruz günləri necə düzgün qidalanmalı – risk aldında olanlar oxusunlar

XƏYALƏ
18/03/2023 18:56
54
BAXIŞ
FacebookTwitterTelegram

Dietoloqdan sağlam qidalanma tövsiyələri; Leyla Zülfüqarlı: “Novruz ağır karbohidratlı qidalar bayramıdır…”

Bayrama ən ciddi hazırlıq mətbəxdə gedir, müxtəlif şirniyyatlar hazırlanır, şəkərbura, paxlava, qoğal bişirilir. Bundan başqa, bayram süfrəsinin meyvələri, qoz-fındığı ilə yanaşı, plov, dolma kimi ana yeməkləri, salatları da olur.

 

Hətta “süfrəm bol olsun ki, bütün ilim bol keçsin” deyənlər müxtəlif növ qidaları da əlavə edirlər. Süfrəyə oturan insanlar isə bütün bunları eyni vaxtda dadmağa çalışır. Qazlı sular, salatlarla bərabər qəbul olunan plov və dolma, üzərindən şəkərbura və paxlavalı çay, meyvə, ardından çərəzlər… Yəqin ki, bu qısa təsvirdə hər kəs öz bayram təcrübəsini görə bildi. Lakin bu ənənəmiz sağlamlığımıza necə təsir edir? Bu qədər yüksək kalorili yemək və şirniyyatın qəbulu ilə özümüzə hansı pisliyi etmiş oluruq?

 

Bu suallarla bağlı “Yeni Müsavat”a danışan diyetoloq Leyla Zülfüqarlı da təsdiqlədi ki, Novruz bayramı daha çox şirniyyat bayramı kimi qəbul olunur: “Çünki bayram ərəfəsində həddindən artıq şirniyyat qəbul olunur. Bayramın yaxınlaşdığı indiki dövrdə insanları maarifləndirməyə ehtiyac var ki, normadan çox artıq şirniyyat yeməsinlər və orqanizmi yükləməsinlər. Daxili orqanları qorumaq üçün artıq kaloridən çəkinmək lazımdır. Çox zaman bayramlarda yemək süfrəsi ilə çay süfrəsini bir arada təşkil edirik. Bu zaman insanlar heç bir ölçü müəyyən etmədən, porsiyaya fikir vermədən yemək və şirniyyat qəbul edirlər. İnsanlar bilməlidirlər ki, 1 ədəd şəkərburanın kalorisi 600-650 kaloridir. Bir porsiya plovun da kalorisi eynən bu qədərdir. Plov yeyərkən ən azı insanlar bunun ağır yemək olduğunu bilir, ancaq qoğal, şəkərbura, paxlavaya qətiyyən məhdudiyyət qoymurlar, ölçüsüz qəbul edirlər. Hər çay içəndə paxlava, şəkərbura yeyilir”.

 

Dietoloq onu da vurğuladı ki, yemək və çay öyünlərini qarışdırmaq olmaz: “Şəkərbura ilə çay içmək elə bir öyün yeməyə bərabərdir. Ona görə də, bunu yeməyin ardınca yox, ara öyünlərdə qəbul etmək daha doğru olar. Ümumiyyətlə, yemək mədəniyyəti baxımından yağlı yeməklərin yanında çay içmək doğru deyil. Ən önəmli məsələ isə ölçünü itirməməkdir. Əgər az miqdarda şirniyyat qəbul etsələr, zaman keçdikcə onu yandırmaq da olar. Əsas problem ölçüdədir. Paxlava və şorqoğal da hərəsi 700 kaloridir. Yəni Novruz ağır karbohidratlı qidalar bayramıdır. İnsanlarımız nəzərə almalıdırlar ki, bayram bir gün deyil, günlərlədir. Yeməkləri günlər üzrə bölmək olar, hər gün birindən istifadə etməklə çox yaxşı bayram ənənəsi yaşaya bilərik. Sevdiyiniz qidalardan az-az yeyin ki, ona sevginiz də itməsin, bir yeməyi aşırı dərəcədə qəbul etmək olmaz. Əvvəllər bu şirniyyatlar yalnız bayramda bişirilirdi, ona görə də Novruzun gəlişi daha çox sevindirici olurdu. İndi ilboyu hər yerdə satılır, bayram olmayan günlərdə də insanlar onu alıb yeyirlər”.

DAHA ÇOX OXU

export

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49
export

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38
export

Səhər yeməyinə bunları yemək faydalıdır

22/03/2023 07:27
Ölkə

Milli Oftalmologiya Mərkəzi Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirdi – FOTO

19/03/2023 09:47
export

Mərkəzi Gömrük Hospitalına yeni rəis təyin olundu

17/03/2023 18:10
export

Ramazanda sizi tox tutacaq qida

17/03/2023 15:27
SON XƏBƏR

Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi

Suqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu

DYP sürücülərə MÜRACİƏT ETDİ 

Xəbər lenti

Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI

22/03/2023 22:24

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13

Qəzada ölən Oqtay Əliyevin evindən reportaj — VİDEO

22/03/2023 21:48

Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? – DOSYE

22/03/2023 21:39

Zaur və Günay cütlüyü: “Sizdən yadigar bu şəkil qaldı” – FOTO

22/03/2023 21:33

Mübahisə edən arvadının boğazını KƏSƏRƏK ÖLDÜRDÜ

22/03/2023 21:30

Yola düşən qaya avtomobil yolunda nəqliyyatın hərəkətini pozdu – FOTO, VİDEO

22/03/2023 21:15

Keçmiş hakim: “Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim” – VİDEO

22/03/2023 20:50

Müdafiə Nazirliyi açıqlama yaydı

22/03/2023 20:43

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, illərlə kirayələrdə yaşadı

22/03/2023 20:38

“Dəniz Mall”da nə BAŞ VERİR? – Həyəcan siqnalı verildi

22/03/2023 20:23

Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: “Travmatologiyadayam”

22/03/2023 20:05

Mehriban Zəkinin vəziyyəti necədir? – RƏSMİ AÇIQLAMA

22/03/2023 19:53

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15

Oqtay Əliyev yol qəzasında öldü, Dilarə Əliyeva yaralandı

22/03/2023 19:09

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.