Britaniya məmurlarına “TikTok”dan istifadə qadağan olundu
Medianews.az xəbər verir ki, bu barədə Lankaster Hersoqluğunun kansleri Oliver Douden bildirib.
Qərar sosial şəbəkənin hökumət məlumatlarını əldə etmə riski ilə bağlıdır.
Douden bildirib ki, sosial şəbəkədən istifadənin məhdudlaşdırılması “kibertəhlükəsizlik üzrə ekspertlərimizin məsləhəti ilə” atılan “müdrik” addımdır. O əlavə edib ki, iş telefonlarındakı “TikTok” dərhal bloklanacaq.