Ötən ilin avqust ayında ailə quran məşhur cütlük ayrılıb.
Medianew.az xəbər verir ki, məşhur aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç ayrılıb.
Zəlzələ fəlakəti səbəbindən ad günü keçirmək istəməyən məşhur aktrisa yaxın dostları ilə kiçik şənlik təşkil edib.
Lakin iddialara görə, Oğuzhan Koç dostlarının evində keçirilən bu kiçik şənlik zamanı həyat yoldaşını əsəbiləşdirəcək şəkildə davranıb.
Demet Özdemir əri ilə birlikdə evə qayıtmaq əvəzinə yaxın dostu Səadət Özsırkıntının evinə gedib.
Bir neçə gün ayrı qaldıqdan sonra peşman olan Oğuzhan Koç əlində çiçəklə həyat yoldaşının dəstinə gedərək üzr istəyib, bu jestdən təsirlənən Özdemir isə evinə dönüb.
Lakin cütlük bir neçə günlük xoşbəxtlikdən sonra yenidən mübahisə edib və aktrisa evi tərk edib.
Medianew.az