Moskvanın Yekaterinburq şəhərində dəhşətli hadisə baş verib.
Medianews.az E1 nəşrinə istinadla xəbər verir ki, iki azyaşlı uşaq və onun üç aylıq bacısı Yekaterinburqda kirayədə qaldıqları mənzildə ölmüş valideynlərinin cəsədləri ilə üç gün qalıblar.
Belə ki, susuzluqdan əziyyət çəkən uşaq su içməyə çalışarkən duş başlığını yerə atır və qonşuları su basır.
Qonşular qapını döysə də açan olmur. Yanlız uşağın ağlamaq səsini eşidirlər. Qapını sındıraraq içəri daxil olan qonşular gördükləri mənzərədən dəhşətə gəliblər. Qonşular ər-arvadın yerə yıxılaraq vəfat etdiyini , uşaqların isə valideynlərinin cəsədləri ilə köməksiz qaldıqlarını görüncə şok yaşayıblar. Ər – arvadın zəhərlənərək vəfat etdiyini görən qonşular təcili tibbi yardıma zəng ediblər.
Onlar bildirib ki, təcili uşaqlar xəstəxanaya yerləşdiriblər:
“Uşaqların, xüsusən də qızın vəziyyəti çox pis idi. Hazırda uşaqlar xəstəxanada həkimlərin nəzarəti altındadır. Üç gün ölmüş valideynlərinin yanında qalan uşaqların vəziyyəti çox acınacaqlı idi”.
Medianews.az