Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Cratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.