Atatürkün anası Zübeyde Xanımın həyatından bəhs edən film çəkilməyə başlandı.
Medianews.az xəbər verir ki, Mustafa Kamal Atatürkün anasının həyatından bəhs edən “Zübeydə” filminin çəkilişləri İzmirin Berqama şəhərində başlayıb.
Filmin prodüser Nuri Yıldırım altı həftə davam etməyi planlaşdırdıqları çəkilişlərin Berqama, Ayvalık və Dikilidə aparılacağını bildirib. Çəkiliş qrupunun bir ailə kimi bir-birini dəstəklədiyini və hər kəsin çox çalışdığını ifadə edən Yıldırım, “Bir berqamalı olaraq deməliyəm ki, Berqamanın qonaqpərvərliyi hər kəsi heyran edir. İnsanlar burada özlərini evlərindəki kimi hiss edirlər”.
“CƏMİYYƏTDƏ HƏR KƏSƏ TOXUNACAQ BİR HEKAYƏ”
Filmin Cümhuriyyətin 100-cü ildönümü olması ilə yanaşı, bir qəhrəman anasının hekayəsi olduğu üçün əhəmiyyətli olduğuna diqqət çəkən Yıldırım:
“Hər şərəfli döyüşçünün bir gözləntisi var. Bu da ana olanda duyğular başqa yerə daşınır. Əvvəla, cəmiyyətdə hər kəsə toxunacaq bir ana-oğul hekayəsidir, lakin oğul Mustafa Kamal olanda hekayə tamam başqa yerə keçir. Söhbət ana-oğul münasibətindən getdiyindən hər kəs özünə nəsə tapacaq”.
Aslıhan Günerin ‘Zübeyde’ obrazını canlandıracağı filmdə Alican Yücesoy, Emre Kınay, Devrim Nas və Sitare Akbaş rol alacaq.
Ssenari müəllifi İlber Tekinsoy olan filmin prodüserliyini Nuri Yıldırım və Alper Tosun edir. Altı övladından dördünü xəstəlik səbəbiylə itirən bir ananın Mustafa Kamalın cəsarət, müdriklik və mətanətlə böyüdülməsi prosesinə işıq tutan filmdə Atatürkün anası ilə münasibəti, qarşıdurma və çətinliklər ekrana gətiriləcək.
Medianews.az