Şənbə, 25 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

38 nəfər YAP-dan QOVULDU

TURAN
16/03/2023 20:05
131
BAXIŞ
FacebookTwitterTelegram

Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olunub.

Medianews.az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə iclas iştirakçılarına təqdim edib. Tahir Budaqov bildirib ki, ötən il yeni maliyyə-uçot sisteminə keçid olub və 2022-cü il üzrə partiyanın maliyyə hesabatları bu sistem əsasında hazırlanıb.

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov və Arif Rəhimzadə çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. 2022-ci il üzrə maliyyə hesabatları İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.

Sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Daha sonra partiyanın Gəncə şəhər təşkilatının sədri Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib. YAP İdarə Heyətinin üzvləri Musa Quliyev və Eldar İbrahimov R.Orucova şəfa diləyərək partiyadakı fəaliyyətinə görə təşəkkürlərini bildiriblər.

Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri iclas iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

DAHA ÇOX OXU

1-MANŞET

Azərbaycanda bunu edənlərə SƏRT XƏBƏRDARLIQ OLUNDU – VİDEO

24/03/2023 22:25
1-MANŞET

Qalatasaraydan Azərbaycanla bağlı möhtəşəm VİDEOÇARX

24/03/2023 22:07
1-MANŞET

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: “Baş verə biləcək tələfata görə…”

24/03/2023 19:29
1-MANŞET

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38
export

Seda Sayan eşitmə qabiliyyətini itirib

24/03/2023 18:19
Cəmiyyət

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11
SON XƏBƏR

ABŞ və Qərb Ermənistana qarant durmur: Bakının manevrləri İrəvanda şok effekti yaradır

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub.

QOROSKOP - Hansı bürclər altında doğulan insanların mükəmməl nigahı olur?

Xəbər lenti

Qız musiqinin səsinə etiraz edən atasına görün nə ETDİ

24/03/2023 23:52

Yaxşı immunitet üçün 5 əsas şərt

24/03/2023 23:36

Uşağı olmasın deyə Mənzurənin yeməyinə dərman qatılıb

24/03/2023 23:15

Tanınmış model taksi sürücüsü işləməyə başladı – FOTO

24/03/2023 22:46

Azərbaycanda bunu edənlərə SƏRT XƏBƏRDARLIQ OLUNDU – VİDEO

24/03/2023 22:25

Qalatasaraydan Azərbaycanla bağlı möhtəşəm VİDEOÇARX

24/03/2023 22:07

Bərdədə ağır yol qəzası faciəyə səbəb oldu- FOTO

24/03/2023 21:44

İranın cənub-şərq əyalətləri ayağa qalxdı: “Bu son mesajdır, hədəf bütün rejimdir!” – VİDEO

24/03/2023 21:32

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Bölmələrimiz tərəfindən…

24/03/2023 21:17

Məşhur aktrisada beşinci dəfə xərçəng aşkarlandı

24/03/2023 21:11

Brilliantdan Dilarəyə təsəlli: “Biz də qəzada itirmişik…”

24/03/2023 20:51

Bakıda bir mənzilə xidmət edən lift – FOTO

24/03/2023 20:36

Dostları Oqtay Əliyevin bu arzusunu həyata KEÇİRƏCƏK

24/03/2023 20:17

Ronaldodan daha bir rekord

24/03/2023 20:07

Gülay qızı ilə Maldiv adalarında – FOTOLAR

24/03/2023 19:48

“Opel” və “VAZ” toqquşdu- Xəsarət alan var – FOTO

24/03/2023 19:40

Türkiyədə daha bir güclü ZƏLZƏLƏ

24/03/2023 19:35

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: “Baş verə biləcək tələfata görə…”

24/03/2023 19:29

Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

24/03/2023 19:09

Nihat Hatipoğluna verilən sual gündəm oldu – “Sevib sevilmirsənsə…”

24/03/2023 18:58

Hava limanında ağlasığmaz hərəkət – 57 yaşlı kişi…

24/03/2023 18:53

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38

Seda Sayan eşitmə qabiliyyətini itirib

24/03/2023 18:19

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.