Nigeriyanın Bauçi əyalətində sərnişin avtobusunun və nəqliyyat vasitəsinin toqquşması nəticəsində 17 nəfər ölüb.
Medianews.az xəbər verir ki, ölkənin Milli Yol Təhlükəsizliyindən verilən məlumata görə Zəki-Qamava şossesində təkəri partlayan avtobus yolda 3 avtomobili vurub.
Qəza nəticəsində 17 nəfər həyatını itirib, 17 nəfərin isə yaralanıb.
Müalicə olunanların bəzilərinin vəziyyətinin ağır olduğunu bildirən rəsmilər ölənlərin sayının artması ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Medianews.az