Muğlanın Fethiye rayonunda məktəb direktoru işləyən 54 yaşlı Nalan Soylu evində ölü tapılıb.
Əldə edilən məlumata görə, Fethiye valisi Recai Güreli İbtidai məktəbinin direktoru Nalan Soylu səhər saatlarında məktəbdəki növbəsinə getməyib. Direktorun dərsə gəlməməsindən şübhələnən və onunla əlaqə qura bilməyən müəllim yoldaşları Soylunun evinə gediblər. Qapı uzun müddət açılmayandan sonra vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. Xəbərdarlıq üzərinə əraziyə polis və tibb qrupları sövq edilib.
Tibb işçiləri tərəfindən görülən tədbirlər zamanı evdə hərəkətsiz yatan Soylunun öldüyü müəyyən edilib. Direktorun acı xəbəri bütün təhsil ictimaiyyətini, xüsusən də məktəbdəki müəllim yoldaşlarını şoka salıb.
Hadisə ilə bağlı istintaqın davam etdiyi öyrənilib.
Aytac Şahin
Medianews.az