Bazar, 26 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Tonqal ətrafında qanlı dava: “Söyüşlə danışma, ana-bacımız var…” – TƏFƏRRÜAT

TURAN
14/03/2023 19:34
679
BAXIŞ
FacebookTwitterTelegram

Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Bəhruzu (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 mart 2022-ci ildə baş verib.

Elşən evin yaxınlığında Novruz bayramı tonqalı təşkil edən zaman eyni küçədə yaşayan Bəhruzun yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən onunla mübahisə edib.

Onlar bir-birilərinin paltarlarından tutaraq dartışılar. Elşən yerə yıxılıb, hadisə yerində olan şəxslər onları bir-birindən aralayıb.

Elşən Bəhruzun evi qarşısında nalayiq ifadələr işlətməsindən əsəbiləşərək qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib. Ayağa qalxaraq yaşadığı evə gedib və mətbəxdən bıçaq götürərək geri qayıdıb. Bəhruza yaxınlaşaraq ona 4 dəfə zərbə vurub. Zərərçəkmişə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən özünü ittiham üzrə Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə deyil, həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilib.

O bildirib ki, martın 21-də axşam saat 20 radələrində arvadı və anası ilə birlikdə arvadının dayısıgilə qonaq gedib: “Orada bir az spirtli içki içdim. Saat 22 radələrində evə qayıtdım, sonra qonşuluqda yaşayan Bəhruzgilə getdim. Orada 5-10 dəqiqə oturandan sonra Elmir, Elçin və Bəhruzla tonqal qalamaq üçün küçəyə çıxdıq. Küçədə oturmaq üçün masa hazırladıq.

Birlikdə stol arxasında əyləşən zaman Bəhruz sərxoş olduğundan söyüş söydü. Mən də Bəhruza dedim ki, söyüşlə danışmayaq, hamımızın anası-bacısı var, heç kimi narahat etməyək. Lakin Bəhruz yenidən söyüş söydü”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Bəhruzu kənara çəkərək onunla dalaşıb: “Elmir və Elçin bizi ayırdı. Bəhruzun əlində boş araq şüşəsi olduğuna görə məni vuracağını fikirləşdim. Evə getdim və mətbəxdən bıçaq götürdüm. Məqsədim Bəhruzu vurmaq olmayıb. Onun məni vuracağından ehtiyat etdim və bıçağı qorxutmaq üçün götürdüm.

Bəhruz əlindəki şüşəni havada oynada-oynada üstümə gələndə onu təpiklə vurdum və əlindəki şüşəni yerə saldım. Sonra bıçaqla özümü qorumaq istədim. Həmin vaxt bıçağın Bəhruza dəydiyini hiss etmədim. Bəhruz sinəsini tutaraq arxaya getdi, aşağı oturanda və köynəyində qan görəndə bıçağın ona dəydiyini bildim. Bıçağı yandakı qum təpəsinin üzərinə atdım”.

Elşən qeyd edib ki, bu vaxt anası küçəyə çıxıb və ondan Bəhruzu vurub-vurmadığını soruşub: “Mən də vurmadığımı bildirdim. Özüm polis şöbəsinə getdim və könüllü təslim oldum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bəhruzun sözlərinə görə, hadisədən təxminən 1 həftə əvvəl saat 23 radələrində işdən qayıdıb və Elşənin yaşadığı evin qarşısından keçib: “Elşən avtomobilimin qarşısını kəsdi və axşam saat 23-dən sonra heç kimin onların evinin qarşısından keçə bilməyəcəyini, evdə ailəsinin narahat olduğunu dedi. Buna görə aramızda mübahisə oldu”.

Zərərçəkmiş qeyd edib ki, martın 21-də Elmir, Elçin və Elşənlə birlikdə küçədə tonqal yandırmaq üçün Elşəngilin evinin yaxınlığına gediblər: “Söhbət zamanı Elşən nalayiq ifadələr işlədərək bu küçədə heç kimin avtomobilini evinin qarşısında görmək istəmədiyini dedi. Buna görə aramızda mübahisə yarandı.

Elşən söhbət etmək üçün məni kənara çəkdi və mübahisə etdi. Dalaşanda bizi ayırdılar. Bir-birimizin ünvanına söyüş söydükdən sonra Elşən evə getdi. Mən onun bıçaq götürəcəyini təxmin elədiyimdən əlimə boş araq şüşəsi aldım.

Elşən yaşadıqları evin darvazasından çıxaraq üzərimə gəldi. Əlimdəki şüşə ilə Elşəni vurmaq istəyəndə şüşə əlimdən düşdü. Elşən evlərindən götürdüyü bıçaqla mənə dörd zərbə endirdi. Elmirlə Elçin araya girdikləri üçün dayandıq.

Elçin bıçağın ona dəyəcəyindən qorxdu və kənara çəkildi, Elmir isə aradan çıxmadı, Elşəni tutaraq kənara çəkdi. Mənə vurulan ilk 3 zərbə qoluma, 4-cü zərbə isə ürəyimə dəydi. Sinəmi tutaraq arxaya getdim və darvazaya söykəndim. Bu zaman huşumu itirdim. Həmin vaxt Elşənin anası və qardaşı gəldi. Anası Elşənə “onu vurma, məni vur” dedi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

1-MANŞET

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

26/03/2023 12:03
1-MANŞET

Erməni deputatdan ŞOK ETİRAF – ““Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər”

26/03/2023 11:52
1-MANŞET

Rus PUA-ları vuruldu – TƏCİLİ

26/03/2023 11:47
1-MANŞET

Gündə 2 Mixək Yeyin – Bir Həftədən Sonra.. (VİDEO)

26/03/2023 11:29
1-MANŞET

Dövlətə xəyanət edən məmur ölüm cəzası alacaq – ŞOK QƏRAR

26/03/2023 11:10
1-MANŞET

Razi Nurullayevin müsahibəsi DAYANDIRILDI – “Hansı haqla?”

26/03/2023 10:53
SON XƏBƏR

“Donbas məsələsində bizi aldatdılar” - Putin

Sürücülərin nəzərinə: Bu tarixdən səhər saatlarında...

Aprel ayında pula pul deməyəcək bürclər - ASTROLOJİ PROQNOZ

Xəbər lenti

Prezidentlə bağlı qalmaqallı səs yazısı: Azərbaycanlı milyarder susur, qarşı tərəf isə…

26/03/2023 16:57

“Şəbnəm gündəm üçün mənimlə qalmaqal edir”- VİDEO

26/03/2023 16:40

“Qalatasaray” klubu Bakıda izdihamla qarşılanmasını paylaşıb – VİDEO

26/03/2023 16:22

EV, SEVGİ, KARYERA – Apreldə həyatları alt-üst olacaq 3 bürc

26/03/2023 16:04

Ermənistan-Türkiyə matçındakı avtoqol haqda tarixi məqam – FOTO

26/03/2023 15:43

Sevgilisinə xəyanət edən qızı belə “tutdular” – VİDEO

26/03/2023 15:28

“Şou-biznes adamları ciddi olmur, ailə qurmaram”

26/03/2023 15:04

Bakıda evdə yanğın olub – Xəsarət alanlar var

26/03/2023 14:49

Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: Məşhur şəxs VƏFAT ETDİ – FOTO

26/03/2023 14:30

Ev almaq istəyənlərə XƏBƏR VAR – 28 mart tarixində saat 10:00-da…

26/03/2023 14:22

Məşhur azərbaycanlı aktrisa QƏZA KEÇİRDİ – Vəziyyəti… – FOTOLAR

26/03/2023 14:02

XƏBƏRDARLIQ: Azərbaycanın bəzi rayonlarında…

26/03/2023 13:51

Bakıda qeyri-adi qəza – VİDEO

26/03/2023 13:33

Novruz tətilindən sonrakı ilk iş günündə hava necə olacaq?

26/03/2023 13:13

Nigahdan kənar yaşadığı qadının evinə gizli kamera qoydu – Görüntləri izləyəndə ŞOK OLDU – Azərbaycanda olay / VİDEO

26/03/2023 13:06

Ağır qəza böyük faciəyə səbəb oldu

26/03/2023 12:37

Məşhur aktrisa xərçəngdən öldü – FOTO

26/03/2023 12:25

Səidə Sultan yenə od püskürdü : “Efirdə şir, pələng, canavardırlar” – VİDEO

26/03/2023 12:15

Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana… – VİDEO

26/03/2023 12:05

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

26/03/2023 12:03

Erməni deputatdan ŞOK ETİRAF – ““Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər”

26/03/2023 11:52

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın” – FOTO

26/03/2023 11:52

Rus PUA-ları vuruldu – TƏCİLİ

26/03/2023 11:47

Sevgilisinə xəyanət edən qızı sosial şəbəkələrdə … – VİDEO

26/03/2023 11:41

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.