İordaniya kralı II. Abdullahın 27 yaşlı qızı Şahzadə İman 29 yaşlı Yunan və Venesuela əsilli iş adamı Cəmil Alexander Termioti ilə evlənib .
Bazar günü Əmman şəhərindəki Beytül-İordan sarayında keçirilən mərasimdə kral və Termiotis ailəsinin üzvləri, yerli və xarici qonaqlar iştirak ediblər.
Medianews.az xəbər verir ki, nikah mərasimindən sonra dövlət televiziyası ilə canlı yayımlanan mərasimdə Qurani-Kərim oxunub .
Venesuelanın Karakas şəhərində yunan ailəsində doğulan Termiotis keçən yay şahzadə İmanla nişanlanıb.
Qeyd edək ki, biznes məzunu olan Thermiotis Nyu Yorkda maliyyə sahəsində işləyir.
Yunan mətbuatında yer alan iddiaya görə, Termiotis İordaniya kralı Abdullahın qızı şahzadə İmanla evlənmək üçün İslamı qəbul edib və Cəmil adını götürüb.
Medianews.az