İranda Hicri Şəmsi təqvimi ilə ilin axır çərşənbə gecəsi keçiriləcək “Çərşənbə Suri” mərasimlərinə hazırlıq zamanı 15 nəfər həyatını itirib, 6-sı ağır olmaqla 353 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə qəzalarda 51 nəfərin əzalarını itirdiyini, 130 nəfərin bədəninin yanıq aldığını, 86 nəfərin isə gözündən yaralandığı bildirilib. İran rəsmisi ən çox insan itkisinin paytaxt Tehranda qeydə alındığını qeyd edib.
Qeyd edək ki, Yeni il (Novruz) qabağı ilin axır çərşənbə gecəsində keçirilən şənliklərdə xüsusilə uşaqlar və gənclər tonqalın üstündən tullanır, atəşfəşanlıq və şimşəklər yandırırlar.
Bu şənliklər İranda hər il onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olur.
Hicri Şəmsi təqviminin tətbiq olunduğu İranda Novruz martın 21-də başlayır.
Medianews.az