Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti oyunlar olacaq.
Fanat.Az xəbər verir, ki, cavab qarşılaşmaları çərçivəsində daha iki görüş keçiriləcək.
“Portu” doğma meydanda İtaliya “İnter”ini qəbul edəcək. Milandakı ilk matçda 0:1 hesabı ilə məğlub olan portuqaliyalılar bunun əvəzini çıxmaq iddiasıdadırlar.
Günün digər qarşılaşmasında turnirin favoritlərindən sayılan “Mançester Siti” Almaniya “Leyptsiq”i ilə münasibətlərinə aydınlıq gətirəcək. Xosep Quardiolanın başçılıq etdiyi “şəhərlilər” səfərdə müqavimətini qıra bilmədiyi rəqibinin sensasiya etməsinə imkan verməməyə çalışacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart
00:00. “Portu” (Portuqaliya) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1
00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1