Kayseridə 8 ildir ev heyvanları mağazası işlədən Gürkan Özek tutuquşuların zəlzələdən bir neçə saniyə əvvəl zəlzələni fərq etdiyini və ona uyğun reaksiya verdiklərini söyləyib.
Medianews.az xəbər verir ki, zəlzələdən sonra vətəndaşların tutuquşuya marağının artdığını deyən mağaza sahibi bildirib ki, Kayseridə zəlzələlər olan zaman quşlar zəlzələdən bir neçə saniyə əvvəl zəlzələni hiss edə bilirlər:
“Qışqırıq və çırpınma səsindən sanki başa salmağa çalışırlar. Zəlzələdən sonra məhəbbət quşlarına maraq artıb. Tutuquşu evdə ən yaxşı qidalanacaq itaətkar heyvanlardır. Əslində hər bir heyvan zəlzələ hiss edir. Ancaq ev şəraitində bəslənəcəklər arasında tutuquşu birinci yerdədir. Vətəndaşlarımız onları alır ki, quşlar zəlzələdən xəbərdar etsin. Bu gün onlardan 30-unu satmışıq. Gündüz baş verən zəlzələlər zamanı quşların çırpınmasından, səsindən zəlzələni hiss etdik. Quşların reaksiyasından bir neçə saniyə sonra zəlzələ oldu və özümüzü çölə atdıq. Vətəndaşlarımıza quşu yemləməyi tövsiyə edirəm. Quşların hər gün suyunu dəyişməsini xahiş edirəm”-, deyə dükan sahibi bildirib.
Medianews.az