Son günlər ardıcıl 4 zəlzələnin yaşandığı Mərmərə dənizində qırılma xətlərində hərəkət davam edir.
Daha üç zəlzələ, biri Mərmərə Ereğli yaxınlığında, ikisi Ərdək yaxınlığında baş verib.
Medianews.az xəbər verir ki, ilki saat 08:30-da Tekirdağın Marmaraereğlisi bölgəsində baş verən zəlzələnin maqnitudasının 2,2 olduğu bildirilib.
Daha sonra saat 08:43-də Balıkesir Erdek sahillərində 1,7 bal gücündə daha bir kiçik zəlzələ baş verib.
Qeyd edək ki, bu iki zəlzələdən əvvəl saat 07:00-da Balıkesir Erdek sahillərində 1,9 bal gücündə daha bir zəlzələ baş vermişdi.
Medianews.az