Macarıstanın paytaxtı Budapeşt yaxınlığındakı magistral yolda baş verən zəncirvari yol qəzasında 42 avtomobilin toqquşması nəticəsində 13-ü ağır olmaqla 36 nəfər xəsarət alıb.
Medianews.az xəbər verir ki, qəzada iştirak edən avtomobillərdən 19-da yanğın baş verib.
Qəzaya qarışan 19 avtomobildə yanğın baş verərkən, bir çox avtomobil də yararsız hala düşüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardımın göndərildiyi, yaralıların isə helikopterlərlə xəstəxanaya çatdırıldığı bildirilib.
Qəzanın səbəbi hələlik rəsmi orqanlar tərəfindən açıqlanmasa da, magistral yol ərazisində qəfildən görmə məsafəsini azaldan toz fırtınası nəticəsində baş verə biləcəyi bildirilib.
Medianews.az