Fizioloq Rəşid Mahmudov mədə – bağırsaq problemlərinin həlli yolları barədə maraqlı açıqlama verib.
Medianews.az “Medicina”-ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, belə problemlər mədədə baş qaldırdıqda Almagel A içmək məsləhət görülür.
O mədənin üzərini yağlı örüklə örtür. Çünki mədədə qastirt və digər yaralar ola bilər. Məhz bundan sonra aşağıda qeyd olunan məlhəmi içmək məsləhət görülür.
“Bu təbii məlhəmçün lazım olan 6 ədəd limon götürüb soyulur. Limon qabığında metil spirti var deyə, o görmə orqanlarına pis təsir edə bilər. Soyulmuş limon, 6 baş sarımsağ, 2- 3 dəstə cəfərini də ət maşınından keçirirsiniz.
Üzərinə 300 q yaxud 500 qram bal əlavə edilərək qarışdırılır. Alınan məlhəm 15 gün soyuq və qaranlıq yerdə saxlanılır. 15 gündən sonra həmin məlhəmi hər gün ac qarnına almagel A siropunu içdikdən sonra bir qaşıq səhər, günorta, axşam mədəyə qəbul edilir.
“Medicina” xəbər verir ki, həkimin sözlərinə görə, belə problemlər mədədə baş qaldırdıqda Almagel A içmək məsləhət görülür.