Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynə ağır itki üz verib.
Medianews.az xəbər verir ki, partiya sədrinin həyat yoldaşı Amama xanım vəfat edib.
Bu haqda siyasətçinin yaxınları məlumat verib.
Qeyd edək ki, Pənah Hüseyn 1992-1993-cü illərdə Dövlət katibi, 1993-cü ilin 28 aprel – 30 iyun tarixlərində Baş nazir, 2005-2010-cu illərdə millət vəkili olub. Sabiq baş nazir hazırda Azərbaycan Xalq Partiyasının sədridir.