Ekranların rekordları qıran və uzun müddət davam edən “Kurtlar Vadisi” serialında baş rolu oynayan Polat Alemdar obrazı ilə yadda qalan Necati Şaşmaz sosial media hesabından fotosunu paylaşıb.
Medianews.az xəbər verir ki, onun paylaşdığı foto sosial mediada geniş müzakirələrə yol açıb.
Belə ki, Necati Şaşmazın illər ərzində dəyişikliyi pərəstişkarlarını təəccübləndirib.
Tənha həyat sürən məşhur Necati Şaşmaz üçün yazdığı şərhər də diqqət çəkib.
Sosial media istifadəçiləri “Zamanın səni belə yaşlandırdığını görmək məni çox üzür”, “Qocalırsan usta”, “Polat Alemdar, sən də yaşladın”, kimi şərhlər yazıblar.
2022-ci ilin noyabr ayında TRT Musiqidə yayımlanan Mazhar Alansonun verilişinin qonağı olan N.Şaşmaz uzun müddətdir ‘Kurtlar Vadisi yenidən başlayacaq’ iddialarına da aydınlıq gətirmişdi.
Yeni illə birlikdə ‘Kurtlar Vadisi’ üçün işə başlayacaqlarını açıqlayan N.Şaşmaz, “Hazırda hazırlaşıram. Yanvar ayında başlayacağımızı düşünürəm” deyərək pərəstişkarlarını həyəcanlandırmışdı.
Qeyd edək ki, Türkiyə televiziyasının unudulmaz seriallarından olan “Kurtlar Vadisi”nin ilk bölümü 15 yanvar 2003-cü ildə yayımlanıb. 2005-ci ildə bitən aksiyon, mafiya və dərin dövlət problemlərindən bəhs edən serial ümumilikdə 97 bölüm davam edib.
Medianews.az