Məşhur argentinalı akrobatika pilotu Martin Reyes çıxışı zamanı təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, verilən məlumata görə, təyyarəsi ilə əks dönüş etmək üçün manevr edən Reyes müvəffəqiyyət qazana bilməyib və yerə çırpılıb.
Təyyarədə mexaniki nasazlıq olduğu bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az