Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanda baş verən etirazlara münasibət bildirib.
Medianews.az xəbər rus mətbuatına istinadla xəbər verir ki, O bildirib ki, Gürcüstanda baş verən prosesləri narahatlıqla izləyirik:
“Biz görürük ki, kiminsə əli, yenə “gözəgörünməz əl” deyə bilməzsən – görünür. Görürük ki, Gürcüstan prezidenti hardan xalqa müraciət edir, gürcülərə və gürcü qadınlarına müraciət etmir. Amerikadan gəlir. Və kiminsə görünən əli səylə bura yenidən anti-Rusiya elementləri əlavə etməyə çalışır “.
Peskovun fikrincə, ölkə hakimiyyətinin xarici agentlərlə bağlı qanun layihəsini geri götürmək qərarı təxribatlarla doludur:
“Moskva vəziyyəti böyük narahatlıqla izləyir”.
Bundan əvvəl xarici agentlər haqqında qanun layihəsinin təşəbbüskarları təşəbbüsü geri götürməyi xahiş etmişdilər.
Qeyd edək ki, Müraciət təmin edildi. Müxalifət nümayəndələri hakim partiyanın qanun layihəsinin geri götürülməsi ilə bağlı bəyanatına baxmayaraq, Tbilisidə mitinqləri davam etdirmək niyyətində olduqlarını bildiriblər.