İstabulda dəhşətli hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, Özgür adlı kişi keçmiş həyat yoldaşı Selma A-nın intim fotolarını yollayan şəxsi güllələyib.
Sözügedən hadisə anı küçədəki təhlükəsizlik kameralarına düşüb.
Məlumata görə, Özgür D. məhəllədə rastlaşdığı Emrah Y.-ni tapança ilə vurduqdan sonra sürətlə hadisə yerindən qaçıb. Hücum zamanı güllələr küçədəki 3 avtomobilə də dəyib. Xəbər verildikdən sonra hadisə yerinə polis və təcili yardım göndərilib. Bədənindən 5 güllə yarası alan Emrah Y. hadisə yerində edilən ilk müdaxilədən sonra təcili yardımla xəstəxanaya aparılıb.
İstintaqın ardından polis qrupları qısa müddətdə Özgür D.-ni tapança ilə birlikdə yaxalayıb. Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən Özgür D. növbətçi məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib. Emrah Y.-nin isə həyati təhlükəsinin davam etdiyi bildirilib.
Digər tərəfdən, polislərin apardığı araşdırmalar nəticəsində Özgür D.-nin bir müddət əvvəl Selma A.-dan boşandığı məlum olub. Selma A.-nın sonradan Emrah Y. ilə münasibət qurduğu və bu münasibətin bir müddət sonra bitdiyi öyrənilib. Emrah Y.-nin Özgür D.-nin Selma A.-ya intim fotoşəkillərini göndərdiyi və hadisənin bu səbəbdən baş verdiyi öyrənilib.
Medianews.az