” Qeyri- qanuni hərbi mövcudluğu və talançılığı dayandır”
Medianews.az rus mətbuatına istinadla xəbər verir ki,bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
O bildirib ki, Çin ABŞ-ı Suriyadakı qeyri-qanuni hərbi mövcudluğunu və ölkənin talanını dayandırmağa çağırır:
” Suriya böhranı 13 il ərzində ən azı 350 min insanın ölümünə səbəb olub, daha 14 milyon insanın humanitar yardıma ciddi ehtiyacı var”.
Bununla belə o qeyd edib ki, Birləşmiş Ştatlar qoşunları geri çəkməyin hələ tez olduğuna inanmaqda davam edir və Suriyadakı qeyri-qanuni hərbi mövcudluğuna son qoymaq niyyətində deyil.
Mao Ning həmçinin ABŞ hakimiyyətini SAR-a qarşı birtərəfli sanksiyaları ləğv etməyə və humanitar fəlakəti daha da ağırlaşdırmamağa çağırıb.
Qeyd edək ki, fevralın 19-da ABŞ-ın Suriyadakı hərbi bazasında raket hücumundan sonra yanğın baş verib. Martın 9-da ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edən qətnaməni qəbul edə bilməyib.
Medianews.az