Berlində yerli hökumət qadınların ictimai hovuzlarda çılpaq şəkildə üzə bilməsi ilə bağlı qərarını açıqlayıb.
Medianews.az xəbər verir ki, qu qərar çılpaq şəkildə günəş şüası qəbul etdiyi üçün ictimai hovuzdan qovulan qadının hüquqları uğrunda mübarizəyə başlamasından sonra verilib.
Lotte Mies adlı qadının təzminat tələbi qəbul edilməyib.
Mies qərardan sonra “Bütün cinslərin eyni hüquqlara malik olması mənim üçün çox vacibdir”,-deyə bildirib. Hakimiyyət qadınlara qarşı ayrı-seçkiliyin olduğunu etiraf edib.
Daha sonra qərara alınıb ki, Berlində ictimai hovuzlardan istifadə edən bütün ziyarətçilər burada sinəsini örtmədən bütün imkanlardan istifadə etmək hüququna malikdirlər.
Medianews.az