“Bu gün ölkədə 1,2 milyona yaxın pensiyaçı var ki, onların da 707 min nəfəri yaşa görə pensiya alanlardır. Bunların 56 faizini isə məhz xanımlar təşkil edir. Pensiyaların artırılmasının iqtisadi əsasları var
Bu sözləri “arb24”-ə açıqlamasında iqtisadçı ekspert Əyyub Kərimli bildirib.
O, əlavə edib ki, pensiyaların artırılması üçün pensiya sistemi və fondunun idarəçiliyində müəyyən islahatların aparılması, yeni sistemin yaradılmasına böyük ehtiyac var: “DSMF-nin gəlirlərinin özünüidarəetmə imkanları genişləndirilməlidir. Həmçinin özəl pensiya fondlarının fəaliyyətinə şərait yaradılmalıdır”.