Kahramanmaraş mərkəzli, 11 vilayətdə dağıntılara səbəb olan zəlzələlərdə hadisə vaxtı orada olan CHP Hatay Millət vəkili Suzan Şahin yaşadıqlarını parlament tribunasında danışıb.
Medianews.az xəbər verir ki, millət vəkili çıxışı zamanı əsəblərini cilovlaya bilıməyib
“Vaxtında gəlmədiniz, Hatayı ölümə tərk etdiniz, Hataya kəfən belə vermədiniz. Bəzilərini dəfn etmək belə mümkün olmadı”,-deyə millət vəkili bildirib.
Millət vəkilinin çıxışı zamanı qəzəbli şəkildə çıxış etməsi də gündəm olub.
Medianews.az