İndoneziyada Yava və Sumatra adaları arasındakı Sundra boğazında hərəkət edən gəmidə qorxu anlar yaşanıb.
Medianews.az xəbər verir ki, bir kişi gəmi ilə səyahət zamanı arvadını qucağına alaraq dənizə atıb.
Həmin anlar təhlükəsizlik kamerasına əks olunub. Gəminin məhəccərindən yapışaraq asılı qalan qadını sərnişinlər xilas edib.
Hadisədən sonra polis açıqlama verərək həmin şəxsin müalicə aldığını və psixoloji problemlərinin olduğunu bildirib.
Medianews.az