Prokuror deyib ki, ABŞ-ın Virciniya ştatında ibtidai məktəbdə müəllimini güllələyən 6 yaşlı uşağın ittiham olunacağı ehtimalı azdır.
Medianews.az bildirir ki, Newport News şəhərinin səlahiyyətliləri, hər hansı bir yetkinin bu işdə cinayət məsuliyyətinə cəlb ediləcəyinə hələ qərar verməyib.
Polis bildirib ki, uşaq kürək çantasında silahı yanvarın 6-da Richneck İbtidai məktəbinə gətirib. 25 yaşlı müəllim Abiqail Zverner əlindən və sinəsindən güllə yarası alsa da, sağ qalıb. Çərşənbə günü Newport News Commonwealth-in vəkili Howard Gwynn, ofisinin uşağa qarşı ittiham irəli sürməyəcəyini söyləyib.
O, NBC News-a bildirib ki, “altı yaşlı bir uşağın mühakimə oluna bilməsi perspektivi problemlidir”, çünki uşaq hüquq sistemini anlamağı üçün yaşı çox azdır. Cənab Gwynn deyib ki, “Məqsədimiz nəyisə mümkün qədər tez etmək deyil”.
“Bütün faktları təhlil etdikdən sonra cinayət törətdiyini əsaslı şübhələrdən kənar sübut edə biləcəyimizə inandığımız istənilən şəxs və ya şəxsləri ittiham edəcəyik”.
Yerli ABC News kanalına ayrı-ayrılıqda müsahibə verən cənab Gwynn, ABŞ hüquq ekspertləri arasında ümumi konsensusun altı yaşlı uşağın “ağırlaşdırılmış hücumda təqsirli olmaq üçün zəruri cinayət niyyətini formalaşdıra bilməməsi” olduğunu söyləyib. Xanım Zverner, polisin birinci sinif şagirdi ilə “mübahisə” kimi təsvir etdiyi hadisədən sonra əlindən və sinəsinin yuxarı hissəsindən vurulandan sonra məktəb dairəsini məhkəməyə verir.
Polis bildirib ki, odlu silah qanuni alınıb və uşağın anasına məxsusdur.