Mərmərə dənizində zəlzələ olub.
Medianews.az xəbər verir ki, AFAD Mərmərə dənizində 3,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Episentri Bursanın Karacabey rayonunda olan zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss olunub.
Zəlzələ yerli vaxtla saat 08:28-də qeydə alınıb.
AFAD zəlzələnin dərinliyinin 14,41 kilometr olduğunu bildirib.
Medianews.az