Martın 5-də ABŞ-ın Texas limanına yanaşan “Ruby Princess” lüks kruiz gəmisinin 284 sərnişini və 34 ekipajının naməlum səbəbdən xəstələndiyi açıqlanıb.
Medianews.az xəbər verir ki, xəstə insanlarda qusma, ishal kimi simptomların olduğu bildirilib.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) dünən martın 5-də Texas ştatının Galveston şəhərinə yanaşan Ruby Princess gəmisinin 284 sərnişini və 34 ekipajının naməlum səbəbdən xəstələndiyini açıqlayıb.
Mərkəzdən (CDC) xəstəliyin mənşəyi ilə bağlı araşdırmanın davam etdiyini bildirib.
Medianews.az