Yunanıstanda baş verən qatar qəzasından sonra 50 mindən çox etirazçı paytaxt Afinada küçələrə çıxıb.
Medianews.az xəbər verir ki, paytaxtda toplaşan 50 mindən çox insan hökuməti istefaya çağırıb.
Əllərində pankartlarla yürüş edən etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Parlament binasının yerləşdiyi Sintaqma meydanına qədər davam edən yürüşdə gərginlik artıb. 500-ə yaxın etirazçı polisə daş, molotov kokteyli və şüşə butulkalar atıb. Polis qəzəbli etirazçılara səs bombası və gözyaşardıcı qazla müdaxilə edib. Nümayişçilərlə polis arasında baş verən qarşıdurmada mağazalar və avtobus dayanacaqlarına ziyan dəyib. Bir neçə avtomobil də yandırılıb.
Medianews.az