İstanbulda gənc oğlan dünən gecə izlədiyi keçmiş sevgilisi olduğu iddia edilən Miray Atmacanı evinin qarşısında öldürüb, sonra da eyni silahla intihar edib.
Medianews.az xəbər verir ki, hadisə dünən axşam saat 19:00 radələrində baş verib.
Mövlud İçin adlı şəxs keçmiş sevgilisi olduğu iddia edilən Miray Atmacanı işdən qayıdarkən evinə qədər izləyib. 27 yaşlı oğlan evinə girmək üzrə olan Miray Atmacanı güllələyib öldürdükdən sonra eyni silahla intihar edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən polis və təcili yardım qrupları hər ikisinin hadisə yerində öldüyünü müəyyən edib. Müayinələrdən sonra meyitlər Ədliyyə Tibb Morquna aparılıb.
İşin istintaqı davam etdirilir.
Medianews.az