İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs sosial media hesabından heyvanlara qarşı ayrı-seçkiliyə üsyan edib.
Medianews.az xəbər verir ki, Kahramanmaraş zəlzələlərindən sonra evlərinin qapısını zəlzələ qurbanlarına açan İbrahim Tatlısəsin qızı Dilan Çıtak nəhayət sosial şəbəkədə üsyan edib. Heyvanlara qarşı həssas olan müğənnin fikirləri birmənalı qarşılanmayıb.
Dilan Çıtak “Heyvanları niyə incidirsiniz? Mən bu mövzuda susmayacağam”-deyərək etirazını bildirib:
“İllərdir bu haqda danışırıq. Siz hansı insana etibar edə bilərsiniz? Təcavüz edən, pozğun, körpəyə təcavüz edən, avtobusda qadının kürəyinə toxunan… Bunu hansı heyvanda görürsən? Onda mən bu insanlarla eyni cəmiyyətdə yaşamaq istəmirəm. Əvvəlcə onları təmizləyin, sonra birlikdə düşünək…”
Medianews.az